
Hər il martın ilk bazar günü dünyanın bütün aparıcı televiziya və radio kompaniyaları öz efirlərini uşaqlara və uşaq proqramlarına həsr edir. 1994-cü ilin aprel ayında BMT-nin uşaq fondunun (UNİCEF) təşəbbüsü ilə Beynəlxalq uşaq televiziya və radio yayımı günü təsis edilib.
Həmin tarixdən bu yana 100-dən artıq ölkənin minlərlə mərkəzi, şəhər və regional televiziya kanalları və radiostansiyaları öz efir vaxtlarını uşaqlar üçün televiziya və radio proqramlarına, bədii və cizgi filmlərinin nümayişinə həsr edir.
Həmin gün uşaq, yeniyetmə və gənclər nəinki dinləyici və tamaşaçılara, həm də, televiziya proqramlarının qəhrəmanlarına çevrilir. Onlar müxtəlif media - tədbirlərdə proqramların hazırlanmasında aktiv iştirak edirlər. Bütün gənc iştirakçılara öz arzuları və istəkləri haqda danışmaq, nəinki öz ölkəsindəki, həmçinin dünyanın istənilən guşəsindəki yaşıdları ilə ünsiyyət qurmaq imkanı verilir.
05.03.2016