Budapeşt, 1 mart, AZƏRTAC
Macarıstan uşaqları üçün bu günlərdə çox maraqlı vebsayt işə salınıb: http://egyszervolt.hu. Saytda nağıl və qısa uşaq hekayələrinin oxunması, cizgi və bədii filmlər, mahnılar toplusu, maarifləndirici oyunlar üçün bölmələr var. Ayrı-ayrı linklər vasitəsilə istifadəçilər “Nağıl-TV” onlayn telekanalına, oyuncaqlar kataloquna, printerlə çap olunan boyamalar, animasiyalar, şeirlər və s. olan səhifələrə daxil ola bilərlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
01.03.2016