
Bakı, 1 fevral (AZƏRTAC). Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, 2016-cı ilin fevral ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın fevral ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
7, 21 fevral – Bəxtiyar Xanızadə. “Fəlakət və insan”
14 fevral – Abdulla Şaiq. “Tıq-Tıq”
27 fevral – Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək. “Tıq-Tıq” tamaşasında yersiz küsəyənliyin, lovğalığın ziyanına bir daha əmin olacaqsınız. “Balaca şahzadə” tamaşasında bu dünyada dost tapmağın heç də asan olmadığı, tapdıqdan sonra isə onu qorumağın vacibliyini dəqiqləşdirəcəksiniz.
Tamaşalar saat 14:00-də başlayır.
01.02.2016