
BAKI, 30 dekabr (AZƏRTAC)
2016-cı il yanvarın 2-3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Rusiya aktyorları tərəfindən “Nindza tısbağaları”nın yeni il tamaşası təqdim ediləcək. AZƏRTAC xəbər verir ki, məşhur “Nindza tısbağaları” cizgi filmindən olan tamaşanın süjet xəttini dörd mutant tısbağanın sərgüzəşti təşkil edir. Onlar şəhər kanalizasiyasında gizlənir və küçələrdəki pis qüvvələrə qarşı mübarizə aparırlar. Bu dəfə isə “Nindza tısbağaları” Bakıda yeni il tamaşasını təqdim edəcək.
30.12.2015