Xəbərlər

Pantomima Teatrı uşaqlar üçün tamaşalar göstərəcək

BAKI, 30 dekabr (AZƏRTAC).
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, 2016-cı ilin yanvar ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın yanvar ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
10, 17, 31 yanvar – Bəhruz Əhmədli. “Fəlakət və insan” (yeni uşaq tamaşası); 
24 yanvar – Abdulla Şaiq. “Tıq-Tıq”. 
 
“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu nümayiş etdiriləcək. “Tıq-Tıq” tamaşasında yersiz küsəyənliyin, lovğalığın ziyanına, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız. Tamaşalar saat 14:00-də başlayır.