
Bakı, 27 dekabr (AZƏRTAC)
Uşaqlarla yanaşı böyüklərində sevimlisinə çevrilmiş “Maşa və Ayı” tamaşası yeni seriya ilə yenidən Azərbaycana gəldi. Azərbaycanda qastrol səfərində olan Gürcüstanın “Multi-Pulti dünyası” uşaq teatrı “Maşa və Ayı” tamaşası ilə “Maşa və Ayı” cizgi filminin motivləri əsasında hazırlanan tamaşa Azərbaycan tamaşaçısı tərəfindən böyük maraqla qarşılandı.
“Multi-Pulti dünyası” teatrı “Maşa və ayı” tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.
Gürcü rejissor Qoça Kviçanın quruluşunda hazırlanan tamaşada 8 personaj var: Maşa, Ayı, Keçi, Donuz, Dovşan, Tülkü, Dələ və Pələng.
Tamaşa Yeni İl bayramı ərəfəsində - dekabrın 26-dan 30-dək Akademik Opera və Balet Teatrının binasında nümayiş olunacaq. Biletlər şəhərin mərkəzi kassalarında satılır.
27.12.2015