Xəbərlər

Rus Dram Teatrı uşaqlar üçün maraqlı tamaşalar hazırlayıb

Bakı, 5 iyun (AZƏRTAC). Əziz uşaqlar! Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 2015-ci ilin iyun ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 6, 27 iyun - Vladimir Neverov. “Nağılı tap!-1” 7 iyun - Vladimir Neverov. “Nağılı tap!-2” 13 iyun - Yekaterina Çernyak. “Gözəl Vasilisa” 14 iyun - Aleksandra Nikuşina, Nadir Əzimov. “Güləbətin tikən qız və süpürgəçi” 20 iyun – Valentina Reznikova. “Durna balığının buyruğu ilə” 21 iyun – Aleksandr Puşkin. “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 28 iyun – Valentina Reznikova. “Maşa və ayı” Tamaşalar saat 12:00-da nümayiş olunacaq.