
Bakı, 7 aprel (AZƏRTAC). Mayın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Barboskinlər hiperfəzada" interaktiv, əyləncəli tamaşa nümayiş olunacaq. Tamaşa həm uşaqlar, həm də onların valideynləri üçün maraqlı olacaq. “Barboskinlər” cizgi filminin populyar personajları gözlənilməz və fantastik vəziyyətlərlə qarşılaşacaqlar.
Tamaşada proyeksiya ekranından və başgicəlləndirən multiplikasiya effektlərindən istifadə ediləcək. Kinoproyeksiya artistlərin zalda əyləşənlər ilə oyunlar oynamağına imkan yaradır. Personajların ifasında sirk nömrələri və maraqlı rəqslər də olacaq. Qəribə vəziyyətlər və dolaşıqlıq tamaşaçıları güldürəcək.
Tamaşanın sonunda hər kəs bir-biri ilə dil tapacaq, uşaqlar bütün çətinliklərin öhdəsindən gələcəklər.
07.04.2015