Xəbərlər

"Dovşan Qardaşın ad günü"

Aprelin 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskva “Eksperiment” Teatrının aktyorları tərəfindən "Dovşan Qardaşın ad günü" tamaşası göstəriləcək. Dünya şöhrətli hiyləgər, yalançı və kələkbaz Dovşan Qardaş öz doğum günündə dostları sevindirmək, özünü layiqincə təqdim etmək üçün maraqlı şou düzəltmək qərarına gəlir! Qonaqlığa dünya cizgi filmlərinin "ulduzları" dəvət edilib! Uşaqları Ağcanın mahnıları, Zoluşkanın rəqsi, kiçik su pərisi Arielin caz şousu və bir çox başqa əyləncələr gözləyir! Şounun prodüseri -Skruc Mak Dak! Lakin... Tülkü qardaş bu ad günü qonaqlığının əleyhinədir!