
Hər kəs möcüzələrin baş verdiyini bilsə də, bunlara inanmamağa çalışır. Bu isə əfsanəvi pərilər vadisini məhv edə bilər. Lakin bir gün gözəl pəri böyümək istəməyən Piter Penə buzlu cadugərə qalib gəlməkdə, sehrli meşənin bütün sınaqlarından keçməkdə kömək edir... Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Moskva “Eksperiment” Teatrının aktyorlarının təqdim edəcəyi “Piter Pen və pərilər” tamaşasında isə uşaqlar möcüzələrin baş verdiyini yaxından görəcəklər.
07.04.2015