
BAKI, 1 aprel (AZƏRTAC). Bu yaxınlarda “Google” şirkəti “Vokruq sveta” jurnalı ilə birlikdə gənc rəssamlar arasında müsabiqə təşkil edib. “Google 2015 üçün dudl” adlı müsabiqə bu dəfə Rusiya təbiətinə həsr olunub. Qalibin çəkdiyi rəsm 2015-ci il aprelin 24-də saytda yerləşdiriləcək və ona milyonlarla insan tamaşa edəcək.
Dudl (“doodle” ingilis sözüdür, “səliqəsiz rəsm çəkmək” deməkdir) ”Google”nın ana səhifəsinin loqotipinin qeyri-adi bayram versiyasıdır. Bu cür dudllar bayramlar, böyük hadisələrin ildönümləri, yaxud məşhur rəssamların, tarixin gedişatını dəyişən alim və ixtiraçıların yubileyləri şərəfinə yerləşdirilir. Həmin günlərdə “Google” öz loqotipini dudllar, yəni həmin hadisələrə həsr olunmuş illüstrasiya, animasiya və hətta kiçik oyunlar ilə əvəz edir.
01.04.2015