
BAKI, 11 fevral (AzərTAc). Mayın 31-də Heydər Əliyev Sarayında Moskva Teatrının qastrolu olacaq. Teatrın kollektivi “Bremen musiqiçiləri” müziklini təqdim edəcək. Müziklin ailəvi baxmaq üçün nəzərdə tutulması onun qırx illik tarixi olan cizgi filminə varisliyini təsdiqləyir.
Bu dəfə cizgi filminin ilk tamaşaçıları nəvələri ilə birlikdə müziklə baxmağa gələcəklər. Yaşından asılı olmayaraq hər bir tamaşaçı yeni müzikldə özünə münasib nə isə tapacaq.
Yaşlı nəsildən olanlar müziklin qəhrəmanları ilə cizgi filminin personajları arasında oxşarlığı qeyd edərək nostalji hisslər keçirəcəklər. Balaca tamaşaçılar isə aktyorlarla birgə oxuyaraq cizgi filmi klassikasında biliklərini nümayiş etdirəcəklər.
11.02.2015