Şirinxanım Kərimbəyli. Hər ilin öz sevinci
Hər ilin öz sevinci,
Öz hikmətli sözü var.
Uşaqlar ondan inci,
Dünyaya od-közü var.
Dilləri bala bənzər,
Dildə-ağızda gəzər,
Əgər eyləsən nəzər,
Ömürlərdə özü var.
İllər fəsillərə yar,
Uşaqlar ömrə bahar,
Saniyələr ana nahar,
Hərənin öz izi var.