Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi
1991-ci ilin fevralında Şuşada Azərbaycan Dövlət Qarabağ Tarixi Muzeyi yaradılıb. Hazırlıq mərhələsində muzeyin 550-dək eksponat fondu formalaşdırılmış, ilkin olaraq muzey üçün dövrünün böyük ziyalısı, əslən şuşalı Firudin bəy Köçərlinin evi ayrılmış, lakin sonralar muzey Kurort Sanatoriya Birliyinə daxil olan binaların birində müvəqqəti fəaliyyət göstərmişdir.