Xəbərlər

Parisdә balaca soydaşlarımız üçün Yeni il şәnliyi keçirildi

PARIS, 22 dekabr (AzərTAc). Dekabrın  20-dә Azәrbaycanın Fransadakı sәfirliyinin tәşkilatçılığı ilә Parisdәki Azәrbaycan Mәdәniyyәt Mәrkәzindә balaca soydaşlarımız üçün Yeni il şәnliyi keçirilib. Onlar üçün ilk dəfə təşkil edilən Yeni il şənliyi uşaqların sevincinə səbəb olub.  Şaxta baba (Emil Hacıyev ) vә Qar  qız (Nigar Tağıyeva)  balaca dostlarımızı şәnlәndirmәk üçün müxtәlif oyunlar keçirir vә onları azәrbaycan rәqslәrınә dәvәt edirdilәr. Hamının çox sevdiyi vә әzbәr bildiyi " Cücәlәrim" mahnısı uşaqların xüsusi marağına sәbәb olub. Balaca Sәmanın rәqsi, Ceylinin oxudugu ispan mahnısı, Zәhranın  vә Motyönün söylәdiklәri "Uşaq vә buz" vә "Keçi" şeirlәri alqışlarla qarşılanıb. Qar qızın söylәdiyi  tapmacaların cavabını isә Hәmidә vә Rәsul açıqladı. İki saat davam edәn şәnliyinin sonunda Şaxta baba Qar qızla uşaqlara Yeni il hәdiyyәlәri payladılar.