Xəbərlər

Bremen musiqiçilərinin yeni il şənliyi

BAKI, 1 dekabr (AzərTAc).  Dekabrın 22-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində “Bremen musiqiçilərinin yeni il şənliyi” adlı konsert təqdim edəcək.  Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bütün yaradıcı heyəti, o cümlədən rəqs, xor, uşaq musiqili teatrı, vokal qrupu və digər kollektivləri iştirak edəcək.  Yeni il konsertinin proqramına Azərbaycan və dünya bəstəkarlarının əsərləri daxildir.