Xəbərlər

Yeni ilə “Madaqaskar”la

Dekabrın 25-dən, 2015-ci ilin yanvarın 4-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Madaqaskar” adlı yeni il tamaşası göstəriləcək. “Madaqaskar” qəhrəmanlarının ekrandan səhnəyə gətirilməsi, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı azyaşlı tamaşaçıların Yeni il tətilinə gözəl bir hədiyyə olacaq.
 
Teatrın gənc və istedadlı aktyorları Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Roza İbadova, Anar Seyfullayev, Araz Pirimov və başqaları uşaqların sevimli obrazlarını canlandıracaqlar. Bundan başqa, hər il olduğu kimi, şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayaraq, teatrın geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə Yeni il proqramına dəvət edəcəklər. Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Madaqaskar”ı izləyəcəklər.