Xəbərlər

“Kapellhaus”da alman milad bazarı

BAKU, 20 noyabr (AzərTAc). Noyabrın 30-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyi alman milad bazarı keçiriləcək.  Tədbirin proqramına uşaq xorunun çıxışı, lotereya oyunu və Santa Klausun gəlişi daxildir. Bazardan əldə edilmiş vəsait Azərbaycanda xeyriyyə layihələrinə sərf ediləcək.