Xəbərlər

"Kosmik Yeni İl" tamaşası tezliklə Bakıda

Yanvarın 2-dən 4-dək Heydər Əliyev Sarayında “Kosmik Yeni il” interaktiv tamaşası nümayiş olunacaq. Tamaşanı “Made in Odessa” yaradıcılıq emalatxanası təqdim edəcək. Zalım və güclü Dart Veyder açıq səmadan Yer istiqamətində qalaktikalararası gəmisi ilə Yeni ili insanlardan alıb aparmaq istəyir ki, onlar məyus olsunlar. Axı kədərli olana qalib gəlmək daha asandır! Buna görə də o, Şaxta baba və Qar qızı, həmçinin Harri Potteri aldadaraq müdriklik simvolu olan “Fəlsəfə daşını” oğurlayır.
 
Fei Vinks, Dəmir Adam, Panda-Kunq-Fu, Hörümçək Adam, Betmen və Harri Potter köməyə gəlirlər.  Lakin zalım və güclü Dart Veyder bu qəhrəmanları öz bacarıqlarından məhrum edir və olimpiada keçirməyi təklif edir. Super qəhrəmanlar qalib gələrsə, o, Şaxta baba və Qar qızı qaytaracaq. Əks halda hər kəs onun gəmisinin dustağı olacaq. Belə çətin mübarizədə balaca dostlar qəhrəmanlara kömək edə bilər.