BAKI, 6 Noyabr (AzərTAc). Şotlandiya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, üç yaşınadək uşaqlar və meymunlar asanlıqla dil tapır, özlərini tay-tuş kimi aparırlar. AzərTAc Britaniya KİV-lərinə istinadla xəbər verir ki, üç yaşında uşaqlarda nitqin inkişafı aralıq mərhələdə olur. Alimlərin fikrincə, həmin yaşda olan uşaqlar meymunların dilini başa düşə bilirlər. Nəzərə alaq ki, meymunlar da uşaq emosiyalarını yaşlı insanınkından daha rahat duyur.
Üçyaşlı uşağın beyninin yaşlı şimpanzenin beyni ilə bir inkişaf mərhələsində olması barədə nəzəriyyə var. İnsan beyni böyüyür və bütün gəncliyi boyu inkişaf edir. Lakin onun beyni məhz üç yaşına yaxın yaşlı şimpanzenin inkişaf səviyyəsinə çatır. Sonra insanın sinir sistemi təkamül edir və meymunlardan çox-çox irəli gedir.
06.11.2014