
Bu yaxınlarda biz həyətdə gəzişirdik..Alyonka, Mişka və mən. Birdən bir yük maşını həyətə girdi. Yük maşınında küknar ağacı var idi. Biz maşının arxasınca qaçdıq. Beləliklə, maşın evlər idarəsinə yaxınlaşdı, dayandı və sürücü bizim dalanlarla birlikdə küknar ağacını endirməyə başladılar. Onlar bir-birlərinə qışqırırdılar.
- Bir az yavaş. İçəri sal. Sağa! Sola! Yavaş, ucunu sındırarsan.
Nəhayət, onlar ağacı endirəndən sonra sürücü dedi:
-İndi isə bu küknarı qeydiyyata salmaq lazımdır, -və getdi.
Biz küknar ağacının yanında qaldıq.
O yerdə qalmışdı, çox böyük, budaqları sıx idi və ondan elə xoş şaxta ətri gəlirdi ki, axmaq kimi dayanıb gülümsəyirdik.
Sonra Alyonka balaca bir budaqdan tutaraq dedi:
-Baxın, ağacın üstündə qovalar var.
“Qova!” o düz demədi. Biz Mişka ilə özümüzü saxlaya bilmədik. Mən onunla eyni qaydada gülürdüm, amma sonra o daha bərkdən gülməyə başladı ki, məni üstələsin.
Amma sonra mən bir az səsimi artırdım ki, qoy o fikirləşməsin ki, mən təslim oluram.
Mişka əlləri ilə qarnını tuturdu ki, guya gülməkdən sancılanıb və qışqırırdı:
-Oy, gülməkdən öləcəm. Qovalar!
Sözsüz ki, mən də qızışdırırdım:
-Qızın beş yaşı var, amma qovalar deyir... Ha-ha-ha!
Sonra Mişa qəşş etdi və zarıldadı:
-Ah, mənim halım pisdi! Qovalar...
Hıçqırmağa başladı: - Hıq! Qovalar. Hıq-hıq! Gülməkdən öləcəyəm. Hıq-hıq!
Onda mən bir ovuc qar götürdüm və alnıma qoymağa başladım, guya məndə beyin iltihabı başlanıb və mən ağlımı itirmişəm. Mən bağırdım:
- Qızın beş yaşı var, tezliklə ərə gedəcək, amma qovalar deyir.
- Alyonkanın alt dodağı elə əyildi ki az qala qulağının dibinə çatsın.
- Mən düz demişəm. Sadəcə mənim dişim düşüb, ona görə fit çalır. Mən “qovalar” demək istəyirəm, amma məndə “qovalar” alınır.
Mişka dedi:
- İşə bax! Bunun dişi düşüb! Mənim üç dişim düşüb, ikisi də laxlayır, amma mən düz deyirəm - qodalar. Qorxuram barmağıma batar.
- Alyonka isə elə qışqırdı ki, bizim ikimizdən də bərk çığırdı:
- Düz deyil. Ura! Sən qodalar deyirsən, amma qovalar demək lazımdır!

Mişa isə:
- Özüdür ki, var, qovalar yox qodalar.
Və ikisi də böyürməyə başladılar. Elə hey eşidilirdi: “Qovalar!” - “Qodalar!” - “Qovalar!”
Onlara baxana qədər mən elə gülürdüm ki, hətta acdım. Mən evə gedərkən bütün yolu fikirləşirdim: Əgər onlar ikisi də səhv deyirlərsə niyə bu qədər mübahisə edirdilər. Bu ki, çox asan sözdür. Mən dayandım və aydın şəkildə dedim:
-Nə qovalar. Nə də qodalar, qısa və aydın:
Qosalar!
Bax belə!
15.10.2021