Gözəlliyi qoruyaq
Bu il şaxta həmişəkindən daha güclü idi. İlk soyuqlar otların və ağacların budaqlarını donla örtmüşdü. Meşədə gəzən Ayı otların arasında bir gül gördü. Gülün qönçəsi və nazik gövdəsi soyuqdan büzüşmüşdü.
Ayı ehtiyatla yerə düşmüş yarpaqları toplayıb çiçəyin üstünə örtdü.
- Bu çiçəyi niyə gizlədirsən? Sənin nəyinə gərəkdir? – dostunun bir işlə məşğul olduğunu görən Dovşan soruşdu.
- Çiçəkləri sevirəm. Bu çiçəyin ölməsini istəmirəm - deyə Ayı gülümsəyərək cavab verdi.
- Nəyinə lazımdır!? Təşəkkür belə etməyəcək sənə! Sənin zəhmətini qiymətləndirə bilməyəcək!
- Çox səhv edirsən, dovşan! Çiçəklər danışa bilir, ancaq öz tərzində.
- Çiçəklərin danışdığını eşitməmişəm! - dovşan təəcüblə dedi.
- Çiçəklər necə ətir saçır, heçmi hiss etməmisən?!
-Təbii ki, güllərin çox ətirli olduğunu bilirəm ...
- İstilər düşəndə və yer yuxudan oyandıqda çiçəklər canlanacaq.
- Onlar şaxtadan ölə bilərmi? – Dovşan təəccüblə soruşdu.
-Əlbəttə! Qışda təkcə biz yox, hamı üşüyür. Gülü xilas edəcəm, o da baharda yenidən çiçək açacaq. Bu onun minnətdarlığı olacaq!
-Səni anladım, - Dovşan dedi. - Yaxınlıqda çox gözəl gülləri olan kiçik bir çəmənlik var. Onları da şaxtadan, dondan qorunmaq lazımdır, əks halda soyuqdan donaraq öləcəklər!
- Düz deyirsən, Dovşan! - Ayı gülümsəyərək dedi. - Gəl birlikdə çəmənliyə gedək. Soyuqdan əvvəl ora çatmalıyıq! Baharda çiçəklər ətirləri ilə bizi sevindirəcək! Axı ətrafdakı hər şey gülümsəməyi bilir, amma hər kəs bu gülüşü görə bilmir. Özünü və başqalarını sevindirmək üçün nəinki gözəlliyi görə bilmək, həm də onu yaratmaq lazımdır!
09.09.2021