Nağıllar, hekayələr

Vasili Suxomlinski. Çovğun

Anar evdən çıxanda çovğun idi. Külək qəzəblə vıyıl dayırdı. Qarı adamın üzünə çırpırdı. Uşaq qorxdu. Dayanıb fikirləşdi: “Bəlkə, məktəbə getməyim?”

 


Bu vaxt Anar dostu Fəridi gördü. O da çovğundan qorxurdu. Oğlanlar bir-birini görüb sevindilər. Onlar əl-ələ verib məktəbə getdilər.

 


Çovğun yenə də coşurdu. Külək vıyıldayırdı. Ancaq uşaqlar daha qorxmurdular.