Nikolay Sladkov. Ayı və günəş
Su ayının yuvasına sızaraq ayının şalvarını islatdı.
- Görüm səni tamamilə quruyub yox olasan! - Ayı hirslə dedi - İndi sənə görsədərəm!
Su qorxdu. Alçaq bir səslə dedi:
- Günahkar mən deyiləm, Ayı qardaş! Qar- günahkardır. Əriməyə başladı, suya döndü. Mənim işim isə aşağıya axmaqdır.
- Deməli qar günahkardır? İndi ona görsədərəm! - Ayı kükrədi.
Qar qorxdu. Qorxudan xırıldayıb dedi:
- Günahkar mən deyiləm, Ayı qardaş! Günəş- günahkardır! Çox isti olur, o qədər isti olur ki, qarşısına çıxanı əridir!
- Deməli, Günəş mənim şalvarımı isladıb? - Ayı hirslə dedi - İndi ona görsədərəm!
Ayı nə edə bilər ki? Dişi ilə nə günəşi tuta bilməz, nə də pəncəsi ilə çata bilməz. Günəş özü üçün parlayır, qarı əridir, suyu yuvaya sızdırır, Ayının isə şalvarını isladır. Ediləcək bir şey yoxdur!
Ayı yuvadan çıxdı, deyinə-deyinə şalvarını qurutdu. Beləcə yazı qarşıladı.