Nağıllar, hekayələr

Tülkü və sərçə

Tülkü bərk acmışdı. O, bağa girib gəzdi. Ağacların altını axtardı. Bir şey tapmadı. Dönüb yuxarı baxdı. Gördü ki, ağaca sarılmış tənəkdən sapsarı üzüm salxımları sallanır. Üzümü görcək Tülkünün ağzı sulandı. Nə qədər çalışdısa, ağzı üzümə çatmadı. Tülkü ac-yalavac bağdan çıxdı. Bunu görən Sərçə soruşdu:

 

- Tülkü lələ, niyə üzümdən yeməmiş gedirsən?

 

Tülkü dedi:

 

- Sərçə qardaş, üzüm hələ yetişməyib.