Nağıllar, hekayələr

Lev Tolstoy. Yaşıl fincan

Bir dəfə ana evə gələndə gördü ki, onun sevimli yaşıl fincanı sınıb. Evdə isə təkcə Murad, bir də Məstan adlı pişik var idi.

 

Ana soruşdu:

 

Fincanı kim sındırıb? Murad çiyinlərini çəkdi.

 

Aha, deməli, Məstan sındırıb, – deyə ana hirslənib Məstanı çölə çıxartdı və qapını örtdü.

 

Ana, çöl soyuqdur axı, Məstan üşüyər, – Murad dilləndi.

 

Eybi yoxdur, qoy başa düşsün ki, qabları sındırmaq olmaz.

 

Ana öz işi ilə məşğul oldu, pişiyi də, Muradı da unutdu. Bir azdan gördü ki, pişik evdə gəzir, amma Murad yoxdur. Aydındır ki, pişiyi evə Murad buraxmışdı. Ana onu xeyli axtardı, tapa bilmədi. Axırda qapını açıb çölə çıxdı.

 

Murad bayırda idi. Soyuqdan tir-tir əsirdi.

 

Sən burada neyləyirsən? – deyə ana həyəcanla Muraddan soruşdu.

 

Murad başını aşağı salıb titrəyə-titrəyə dedi:

 

Ana, fincanı mən sındırmışam.