Nağıllar, hekayələr

Üç donuz balası

Biri var idi, biri yox idi, üç donuz balası var idi. Üç qardaş olan donuzlar eyni boyda, yuvarlaq, çəhrayı və şən quyruqlu idilər. Hətta onların adları da eyni idi. Nif-Nif, Nuf-Nuf, Naf-Naf.


Bütün yay boyu donuz balaları yaşıl otun üzərində uzanaraq günəşin istisində qızınırdılar. Ancaq payız gəldi.


Günəş onsuz da isti deyildi, boz buludlar sarı rəngli meşənin üstündən uzanırdı.


Naf-Naf bir dəfə səhər tezdən oyanaraq qardaşlarına dedi: 


- Artıq qış haqqında düşünməyimizin vaxtı gəldi. Mən soyuqdan titrəyirəm. Soyuq tuta bilərik. Bir ev tikək və qışda isti dam altında birlikdə olaq.


Amma qardaşlar tənbəllik edirdilər.


-Tələsmə! Qışa hələ çox var. Biz hələ bir az gəzək, dincələk, Nif-Nif dedi.


Lazım olanda mən özümə ev tikərəm, Nuf-Nuf dedi və yatdı.


- Necə istəyirsiniz. Onda mən tək özümə ev tikərəm, Naf-Naf dedi.


Hava hər gün daha da soyuqlaşırdı. Ancaq Nif-Nif və Nuf-Nuf heç tələsmirdilər. İş haqqında düşünmək istəmirdilər. Səhərdən axşama kimi yatır, oyun oynayırdılar.


Bu gün yenə gəzək, sabah səhər işə başlayarıq- deyə-deyə günlərini keçirirdilər.


Bir gün səhər yolun kənarındakı böyük bir gölməçə nazik buz qatı ilə örtülməyə başladıqda, tənbəl qardaşlar işə başladılar.


Nif-Nif heç kimlə məsləhətləşmədən samandan ev tikmək qərarına gəldi. Axşam saatlarında artıq onun daxması hazır idi.


Nif-Nif son samanı damın üstünə qoydu və evindən çox məmnuniyyətlə şən səslə dedi:

 

Dünyanı keçsən də,
Ətrafında gəzsən də,
Daha yaxşı bir ev tapa bilməzsən
Tapmazsan, tapa bilməzsən!

 

 

Bu mahnını oxuyaraq Nuf-Nufa tərəf yönəldi.

Nuf-Nuf da yaxınlıqda özünə ev tikirdi. Bu cansıxıcı və maraqsız işə tez bir zamanda son qoymağa çalışırdı. Əvvəlcə qardaşı kimi samandan ev qurmaq istədi. Sonra belə bir evdə qışda çox soyuq olacağına qərar verərək evi ağacın nazik budaqlarından tikdi. Evi hazır olandan sonra Nuf-nufda evinə baxıb mahnı oxumağa başladı.

 

Gözəl bir evim var
Yeni ev, möhkəm ev,
Yağış və göy gurultusundan qorxmuram
Yağış və göy gurultusu, yağış və ildırım!

 

Mahnını bitirmədən Nif-Nif bir kolun arxasından çıxır.

- Görürsən evlərimiz hazırdır! - Nif-Nif qardaşına dedi. - Dedim ki, tələsmək lazım deyil. Bir günə evlərimizi hazır etdik. İndi biz azadıq və istədiyimizi edə bilərik!


- Gəl gedək Naf-Nafın yanına. Çoxdandı onu görmürük.


Naf-Naf isə özünə daşdan ev tikib, qapısını isə palıd ağacından düzəldib. Onun evini nə külək, nə yağış  nə də qar dağıda bilər, qapısından da nə tülkü, nə canavar, nə də ki ayı girə bilər.


Nif-Nif ilə Nuf-Nuf qardaşlarını iş başında gördülər.


-Sən  nə tikirsən? Donuz üçün ev ya qala? - qardaşlar soruşdular.


-Donuzun evi qala kimi olmalıdır, Naf-Naf dedi.

- Biri ilə döyüşməyə gedirsən? - Nif-Nif hirsləndi və Nuf-Nuf-a baxdı.


Naf-Naf, heç bir şey olmamış kimi, nəfəsinin altında biraz mahnı səsləndirərək evinin daş divarını çəkməyə davam etdi:

 

Əlbəttə, mən hamıdan daha ağıllıyam,
Daşlardan bir ev tikirəm
Daşlardan, daşlardan!
Dünyada heç bir heyvan yoxdur
Çətin heyvan, qorxunc heyvan,
Bu qapıdan girə bilə!

 


Qardaşlar Naf-Nafı canavardan qorxan adlandırıb gülə-gülə gəzməyə yollandılar.


Meşədə oxudular, oynadılar, qəh-qəhə ilə güldülər və yatmış canavarı yuxudan oyatdılar.

-Bu nə səsdi? Ac canavar söyləndi. 

Donuz balaları canavarı ancaq şəkildə görmüşdülər. Ona görə qorxmurdular. İkisi də rəqs edib, mahnı oxuyurdular:

 

Boz qurddan qorxmuruq
Boz qurd, boz qurd!
Axmaq qurd hara gedirsən
Qoca canavar, qorxudan canavar?

 

Birdən əsl canlı canavar gördülər! Canavar böyük bir ağacın arxasında dayandı və o qədər dəhşətli bir görünüşə, pis gözlərə və dişli ağzına sahib idi ki, Nif-Nif və Nuf-Nuf qorxudan əsməyə başladılar.

 

Donuz balaları qorxudan meşədə qışqıraraq qaçmağa başladılar. Heç vaxt belə sürətli qaçmamışdılar. 


Nif-Nif öz samandan hazırladığı evinə, Nuf-Nuf isə öz evinə qaçdı. Canavar Nif-Nifin evinə yaxınlaşıb dedi:


-Mən üfürsəm sənin evin havaya uçacaq.


Donuz balası qorxudan əsirdi. Canavar f-f-f-u-u-o-o eləyən kimi samanlar göyə uçdu. Donuz tez Nuf-Nufun evinə qaçdı. Canavar özünü ora çatdırdı. Dedi, nə  gözəl mən indi sizin hər ikinizi yeyəcəm. Nif-Nif və Nuf-Nuf çaşqınlıqla bir-birlərinə baxdılar. Amma canavar çox yorğun idi və buna görə hiyləgərliyə getməyə qərar verdi.


- Fikrimi dəyişdim! Artıq donuz balalrı yemək istəmirəm. Evə getsəm yaxşıdır.


Donuzlar çox sevindilər. Mahnı oxumağa başladılar. Qardaşlar əyləndilər və heç nə olmamış kimi səsləndilər:

 

Boz qurddan qorxmuruq
Boz qurd, boz qurd!
Axmaq qurd hara gedirsən
Qoca canavar, qorxudan canavar?


Canavar isə gizlənib onları güdürdü. Donuzlar tamamilə sakitləşdikdən sonra qurd qoyunların dərisini götürdü və evə doğru süründü. Qapıda özünü dəri ilə örtdü və yumşaq bir şəkildə qapını döydü.


-Kimdir?


-Keçi balasıdır. Gecəni keçirməyə icazə verin, sürüdən qaçdım və çox yoruldum! - canavar asta səslə dedi.


Donuzlar düşündülər ki keçiyə qapını açmaq olar. Qapını açanda gördülər ki, canavar. Qardaşlar qapını çırpdılar və bütün gücləri ilə ona söykəndilər ki, dəhşətli heyvan evə girməsin.


Qurd çox əsəbiləşdi. 


- Yaxşı, bir dəqiqə gözləyin! İndi bu evdən heç nə qalmayacaq!


Canavar 3-4 dəfə möhkəm üfləyən kimi yarpaqlar damdan uçdu, divarlar titrədi, qurd beşinci dəfə üfləyəndə ev dağıldı.Donuzlar dəhşət içində Naf-nafın evinə qaçmağa başladılar. 


Naf-Naf qapını açıb qardaşlarını evə buraxdı. 


Canavar dedi:


-Bu dəfə əlimdən qaça bilməyəcəksiniz.


Naf-Naf qorxmurdu. Çünki bilirdi ki, canavar daş evdən içəri girə bilməz. Qapı döyüldü. Bu dəfə canavar hiylə etmədən qapını açmalarını istədi. Lakin Naf-Naf bildirdi ki, biz səndən qorxmuruq. Sən bizim evə girə bilməzsən. Canavar dedi üç dəfə üfləsəm eviniz göyə uçacaq.  Bir...iki...üç... 


Canavar gördü ki, evə heç nə olmadı. Başını yuxarı qaldıranda evin damında havaçəkən borunu gördü. Sevindi ki, elə oradan evə girəcək. Amma orada nə olduğunu bilmirdi. Ocaqda bir yekə qazan var idi, içində də su qaynayırdı. Canavar düz qaynar suyun içinə düşdü. Gözləri alnından çıxdı, vəhşi bir nərilti ilə meşəyə qaçdı. Bir daha donuzların yaşadıqları evə yaxın gəlmədi. 


O gündən bəri üç qardaş donuz balaları bir evdə xoşbəxt yaşamağa başladılar.

 

Dünyada heç bir heyvan yoxdur
Bu qapı açılmayacaq
Çətin, qorxudan, qorxudan heyvan,
Bu qapını açmayacaq!

 

Dünyanı keçsən də,
Ətrafında gəzmək
Daha yaxşı bir ev tapa bilməzsən
Tapmazsan, tapa bilməzsən!

 

Meşədən olan bir canavar heç vaxt
Heç vaxt
Bura bizə qayıtmayacaq
Burada bizə, burada bizə!