“Sehrli dünya” jurnalı 200 nəfərdən çox balaca oxucusuna şənlik keçirib
07.07.2014. Yazıçı Gülzar İbrahimovanın baş redaktoru olduğu “Sehrli dünya” uşaq jurnalının redaksiya heyəti Abşeron rayonunun Goradil qəsəbəsində oxucuları üçün şənlik təşkil edib. Tədbir Dövlət Sərhəd Xidmətinin gözəl təbiəti, hovuzu, yelləncəkləri, idman meydançası olan “Sərhədçi” istirahət mərkəzində keçirilib.