Xəbərlər

Gəncə Dövlət Kukla Teatrı 28-ci mövsümünə yekun vurdu

03.07.2014. Gəncə Dövlət Kukla Teatrı 28-ci mövsümünə yekun vurdu. Mövsüm dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış tamaşa ilə yekunlaşdı.
 
Teatrın kollektivi yeni mövsümdə “Ağ atlı oğlan”, “Bir saatlıq xəlifəlik”, “Şəngülüm, Məngülüm” və ilk dəfə olaraq dövlət sifarişi ilə hazırlanan “Balaca şahzadə” tamaşaları ilə balacaların görüşünə gələcək.
 
«Balaca şahzadə» tamaşası bu teatrın səhnəsində ilk dəfə qoyulacaq. O, fransız təyyarəçisi də yazıçısı Antuan de Sent-Ekzüperinin fəlsəfi nağıldır. Nağıl həm uşaqlar, həm də böyüklər tərəfindən başa düşülən sadə dillə yazılıb. Hadisələrin mərkəzində - yaşadığı planeti tərk edib dost axtarmaq məqsədi ilə uçaraq Yerə gəlmiş balaca şahzadədir. Bu nağılda böyüklərin dünyası uşaq nəzəri ilə göstərilir. Balaca şahzadənin hekayətini danışan qəhrəman, öz uşaqlığını xatırlayır.