Londonda dəniz canlıları sağlamlıq testindən keçir
11.07.13. Londonda akvariumda saxlanılan 6000-ə yaxın dəniz canlıları illik sağlamlıq testindən keçir. “Gentu” pinqvinlərinin çəkiləri yoxlanılır və növbəti tüktökmə vaxtları izlənilir. Köpək balıqları, qurbağalar və xərçənglər də eyni şəkildə çəkilir və ölçülür. Sağlamlıq testinə məsul şəxslər bu prosesin akvariumda yaşayan dəniz canlıları üçün vacib olduğunu və onların fiziki inkişafına kömək etdiyini deyirlər. Akvariumda yaşayan hər dəniz canlısının sağlamlığı beləcə bir-bir yoxlanacaqdır.