
Mayın 27-də Azərbaycan İstiqlal Muzeyində 28 May – Respublika Gününə və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir-sərgi keçirildi. “Müstəqil Vətənin işıqları” adlı sərgidə Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin 39 şagirdinin, eyni zamanda, gənc rəssamlar Bəhram Bəhmanov və Ayla Mehrəliyevanın yaradıcılıq nümunələrindən ibarət, ümumilikdə, 124 əsər nümayiş olundu.
Tədbirin bədii hissəsində Yasamal rayonundakı 24 nömrəli uşaq yaradıcılıq mərkəzinin üzvləri bədii-musiqili kompozisiya təqdim etdilər. Sonda uşaqlar “Təşəkkürnamə” ilə təltif olundular.
27.05.2014