Görün indi bizim əlimizdə nə qədər müxtəlif əşya var. Amma bir vaxtlar, qədim dövrdə nə qəhvədan, nə karandaş, nə velosiped, nə televizor var idi. Hazırda biz onlarsız həyatımızı təsəvvür edə bilmirik.
Belə lazımlı əşyalar olmadığı üçün insanlar onları yerin altından qazıb çıxarmağa məcbur oldular. İlk əvvəl əcdadlarımız qəhvədanlar, qazanlar, açarlar, daha sonra paravozlar və paraxodlar çıxarmağı öyrəndilər. İllər ötdü insanlar müxtəlif elmlərə yiyələndikcə yerin altından təyyarələr və kosmosa uça bilən kosmik gəmilər də tapmağa başladılar.
Düzdü, bunların heç biri yerin altından hazır çıxmırdı. Axı hazır halda yerdən heç mismar da tapmaq olmaz, əgər onu kimsə itirməyibsə. Bunların hamısı orda xammal halında, yəni faydalı qazıntı şəkilindədir.
Bəs niyə görə faydalı?
Niyə görə qazıntı?
Ona görə ki, bizə faydalı olan şeyləri tapmaq üçün çoxlu torpaq qazıb çıxarmaq lazım gəlir.
1-ci nağıl. Ən faydalı kimdir?

Bacarırsansa heç nəyin görünmədiyi qaranlıqda, yerin altında faydalını faydasızdan ayırın görüm. Axı hər kəs faydalı olmaq arzusundadır.
- Mən – dünyanın duzuyam, - deyə Duz hay-küy salır. – Mənsiz yer üzündə heç sıyıq da bişirmək olmaz.
- Məgər mənsiz bişirmək olar? – deyə Alüminium soruşur. – qazanları axı məndən düzəldirlər. Qazansız isə sıyığı çətin kimsə bişirər.
- Bəs nə ilə bişirəcəksiz? – deyə Kömür sözə başlayır.
Bu arada təbii Qaz da mübahisəyə girişir:
- Yanacaqsız bu məsələdə keçinmək olmaz.
- Bəs odu nə ilə alışdıracaqsız? – deyə Kükürd soruşur. - Heç bir kibrit mən olmadan alışa bilməz.
- Hələ sıyıq üçün dən və su gətirmək lazımdır, – deyə Neft sözə başlayır. – Məndən alınan benzinsiz heç bir maşın hərəkətə gəlməz.
Adi bir sıyığı bişirmək üçün görün nə qədər faydalı qazıntı lazım gəlir! Hansı biri olmasa, nə etsən də sıyıqı bişirə bilməzsən.
- Yeri gəlmişkən, mənim haqqımda da danışmağı unutmayın, - deyə belin düzəldilməsində istifadə olunan Dəmir səslənir.
- Bəsti özünüzü təriflədiniz! Sizi hələ yerin altından qazıb çıxarmaq da lazımdır.
24.04.2014