Xəbərlər

Azərbaycan Tacikistanda keçirilən kukla teatrları festivalında təmsil olunur

20.04.2014. Tacikistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Düşənbə şəhərində “Çodari xael” adlı ənənəvi IV Kukla teatrları festivalı keçirilir. Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Belarus, Türkiyə, Rusiya, Fransa, İran, İspaniya və Tacikistan teatrları iştirak edirlər. Ölkəmizi bu teatr bayramında Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir. Azərbaycanın Xalq Artisti Yasəmən Ramazanovanın rəhbərliyi ilə teatr qrupu aprelin 21-də festivalda dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsərini təqdim edəcək. Festivalda tamaşalar tacik, rus və digər dillərdə təqdim edilir.