Xəbərlər

Əlaçı şagirdlərə “Park Cinema”dan hədiyyə

14.04.2014. Uşaq və yeniyetmələrin istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkilini təmin etmək məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Park Cinema” kinoteatrlar şəbəkəsi əməkdaşlığa başlayıb.

 

Aprelin 14-dən mayın 2-dək Nərimanov rayonu üzrə ümumtəhsil məktəblərinin əlaçı şagirdləri “Metro Park” ticarət mərkəzində yerləşən “Park Cinema” kinoteatrında göstərilən film və animasiyaları pulsuz izləyə biləcəklər.

 

Yalnız şagirdlər üçün olan film və animasiyaların həftənin 5 günü 2 seans olmaqla nümayişi nəzərdə tutulub. Birinci seans saat 15.00 - da, ikinci seans isə saat 17.00 – da başlayacaq.

 

Layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin inkişafı üçün uşaq və yeniyetmələr arasında kino və teatrlara getmək mədəniyyətini formalaşdırmaq və təhsildə fərqlənən şagirdləri stimullaşdırmaqdır.