
Gəncə Dövlət Kukla Teatrının kollektivi Novruz bayramı günlərində uşaqlara nümayiş etdirmək üçün yeni tamaşa hazırlayır. Martın 22-dən 30-dək nümayiş etdiriləcək tamaşa “Novruz sevincləri” adlanır. Səhnə əsərində əsasən Novruz adət-ənənələrindən bəhs olunur. Hazırda əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlar Mahirə Hüseynova və başqaları müxtəlif rollar üzərində məşqləri davam etdirirlər.
17.03.2014