
13.03.2014. Martın 15-16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Yevgeni Şvartsın “Qırmızı papaq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Tamaşanın quruluşçu rejissoru - teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərini rus dilindən tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.
Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova və başqaları iştirak edəcəklər.
Əsər Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edir. Tamaşa martın 25-dək nümayiş etdiriləcək.
13.03.2014