Xəbərlər

Uşaqlar üçün 3D formatında yeni cizgi filmi

01.02. 2014. Yanvarın 30-dan Nizami Kino Mərkəzində 5 yeni filmin nümayişinə başlanılıb. Təqdim edilən yeni filmlər arasında uşaqların da maraqları nəzərə alınıb. Bu, alman animatorların çəkdikləri “Cəsur ürək” (3D) cizgi filmidir. 
 
Balaca tamaşaçıları sevindirəcək filmdə bütün nağıllarda olduğu kimi, bir krallıqda müdrik şahzadə və cəsur cəngavər yaşayırdı. Günlərin bir günündə hiyləgər və qəddar bir şəxs krallığın hakimiyyətini əlinə keçirmək istəyir. Amma ona mane ola bilən cəngavər Rasti var.
 
Nizami Kino Mərkəzi balaca dostlarını “Cəsur ürək” “3D” cizgi filminə baxmağa dəvət edir.