Seyid Əzim Şirvani. Hekayət
Bir padşahi-dərvişdust bir nəfər abidin ziyarətinə getdi. Ərz elədi ki, ey şeyx, mən istəyirəm ki, həccə gedim, amma ümənayi-dövlət və cəmi rəiyyətlərim razı olmurlar ki, vilayət bisahib qalsın. Mən belə eşitdim ki, sən iyirmi dəfə Məkkeyi-müzəzəməyə müşərrəf olmusan. Nə olur ki, bir həccinin savabın mənə satasan ki, mənə itaət hasil olsun, sənə dövlət.
Abid dedi ki, ey məlik, doğrudur ki, mən iyirmi beş dəfə həccə müşərrəf olmuşam. Çünki mən əvamünnas kimi şöhrət üçün və fəxr üçün getməmişəm. Mən hər dəfə payi-piyadə getmişəm və hər bir məkanda, mənzillərdə ibadətlər eləmişəm, bəlkə allah-taala mənim hər bir qədəmimə bir həcc və bir ömrə savabın yazıbdır. Mən bu həclərimin cümləsini sənə sataram.
Bismillah! Padşah dedi ki, ey şeyx, mənim cümlə xəzanə və mülk və əmlakım ona baha deyildir, necə almaq olur?
Padşah soruşdu ki, nə təriq ilə?
Abid dedi ki, ey padşah, sən bir məzlumun ədalətlə dadına yetdiyin savabı mənə ver, mən cəmi həclərimin savabın sənə verim.
Bəs bu hekayətdən məlum olur ki, bir məzlumun dadına yetmək yüz min həcdən əfzəldir.
04.03.2019