
24.01.2014. Müasir İncəsənət Muzeyində “YARAT” Müasir İncəsənət Məkanının və bu muzeyin birgə təşkilatçılığı ilə uşaq yaradıcılıq sərgisi açılıb. Sərgidən əvvəl üç ay müddətində hər həftənin bazar günlərində muzeydə 7-13 yaşlı uşaqlar üçün ustad dərsləri keçirilib.
Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını öyrəniblər.
Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin “Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştirak ediblər.
Təqdim olunan sərgidə ustad dərslərinin nəticəsi olaraq şagirdlərin hazırladıqları 150-dək əl işi nümayiş olunur.
Sərgi yanvarın 31-dək davam edəcək.
24.01.2014