Azərbaycan Dövlət Uşaq Filarmoniyası yeni ilə həsr olunmuş konsert təqdim edəcək
Dekabrın 25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram teatrında Yeni ilə həsr olunmuş konsert təqdim edəcək. Konsertdə müxtəlif yaş qrupundan olan uşaqların xor və rəqs kollektivlərinin, nəfəsli orkestrin çıxışı nəzərdə tutulur.