Alman Milad bayramı yarmarkası keçiriləcək
27.11.2013. Dekabrın 1-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində alman Milad bayramı yarmarkası təşkil ediləcək. Yarmarkada uşaq xorunun çıxışı, uduşlu lotereya və digər müxtəlif əyləncələr təqdim olunacaq. Toplanmış vəsait Azərbaycanda keçirilən xeyriyyə layihələrinə xərclənəcək.