"Yeddi nar çubuğu". Azərbaycan xalq nağılı
Biri var idi, biri yox idi, bir kişi var idi. Bu kişinin yeddi oğlu var idi. Qardaşlar həmişə bir yerdə yeyib-içər, bir yerdə də dolanardılar. Hamı onların mehribanlığına həsəd aparardı. Heç bir düşmən onlara bata bilməzdi.