Son əlavə olunanlar

Nağıllar, hekayələr

Afina və Araxna

Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər.

Eşqin Məmmədov. May Gilası

Günlərin bir günü həyətimizdəki böyük may gilasının altında oturub nənəmlə söhbət edirdik .Mən balaca şahzadə kimi nənəmə dayanmadan yorucu suallar verirdim. Nənə, filan şey nə vaxt yaranıb, filan şey necə olub, filankəs necə adamdır? 

Eyvaz Zeynalov. “Barışdılar”

Onlar ana-bala dayanacaqda avtobusu gözləyirdilər. Böyür-başdakı adamların qınağından çəkinən qızcığaz səsini içinə salaraq astadan zığıldayırdı.

Vilhelm Hauf. Cırtdan burun

Almaniyanın iri şəhərlərinin birində qədim zamanda arvadı Hanna ilə Fridrix adlı bir çəkməçi yaşardı. Fridrix səhərdən axşamacan pəncərə qabağında oturub başmaqlara, ayaqqabılara yamaq vurardı. Sifariş verən olanda təzə başmaq da tikərdi, amma bunun üçün dəri almalı olardı. Qabaqcadan ehtiyat alıb saxlaya bilməzdi, çünki pulu yoxdu.

G. Hüseynoğlu. Müəllimin arzusu

Zəng çalındı. Zəhranın ürəyi şiddətlə çırpındı. «İndi gələcək. Deyim, deməyim?! Görəsən, yazar, ya yox?!»

Cek London. Kiş haqqında hekayət

Bir zamanlar Buzlu okeanın sahilində Kiş adlı bir ovçu yaşayırdı.