Son əlavə olunanlar

Nağıllar, hekayələr

Gülarə Munis. "Küçə fənərinin nağılı"

Keçmiş zamanlar lap uzaqda qalmışdı. Hər şey dəyişmişdi. Yollara asfalt döşənmişdi. Yolların kənarlarına dirəklər basdırılıb, onlardan işıq fənərləri asılmışdı. Artıq küçələr axşamlar da işıqlı olurdu. Yoldan keçən maşınlar və adamlar əziyyət çəkmirdilər. Fənərlər söhbət etməyə bir kimsə tapmadıqları üçün gündüzlər çox darıxırdılar. Bikar qalan fənərlər axşam düşənə qədər yatırdılar.  

Üç bacı. Ləzgi xalq nağılı

Kənddə bir kasıb kişi yaşayırdı. Onun arvadı və üç qızı vardı. Günlərin birində arvad öldü. Bu ailənin qonşuluğunda bir dul qadın yaşayırdı. 

M. Rzaquluzadə. Mən də təyyarəçi olacağam

Bir sabah Kamal tezdən yuxudan durub, adəti üzrə, evlərinin yaxınlığındakı təpəyə çıxmışdı. O, ətrafa tamaşa edirdi. 

Əli Vəliyev. Nənənin söhbəti

Qırxbuğumlu düzündə cərgə ilə qurulmuş çadırların birində Arazla Afaq nənələri ilə qalırdı. Arası kəsilmədən qırx il müəllimlik eləyən Fəxrəndə qarının on iki nəticəsi vardı. Onun yaşı yetmişi haqlasa da, özünü gümrah hiss eləyirdi. Hər il iyun ayının əvvəllərindən avqustun axırlarına qədər Salvartı yaylağının soyuq bulaqlarından içər, bütün günü yediyi süd, qatıq, göy-göyərti olardı.  

Üç müdrik məsləhət. Dargin xalq nağılı

Nə vaxtsa bir çar böyük şəhər salmaq fikrinə düşür. Bunun üçün o, əmr verir ki, onun ölkəsində olan bütün mahir bənna və xarratları toplasınlar. Onların arasında bir gənc bənna da vardı. Bu gənc toy gecəsinin ertəsi günü bura gəlmişdi.  

Ustadın məsləhəti

Hindistanda Ranqa adlı məşhur bir rəssam var idi. Ranqa incəsənət məktəbi açmışdı və orada tələbələrə rəssamlıq sənətinin incəliklərini öyrədirdi.