Son əlavə olunanlar

Nağıllar, hekayələr

Hər kəsin bir adı olmalıdır

Uzaq, bəlkə də çox da uzaq olmayan bir ölkədə qeyri-adi, məzəli bir heyvan yaşayırdı. Yumşaq və tüklü idi, çox sürətli və eyni zamanda olduqca mehribandı. Bu heyvan qapqara quyruğunu sallayaraq hər yanı gəzirdi və heç kim onun adının nə olduğunu bilmirdi. Ətrafdakıların hamısı heyvanın çevikliyinə və gözəlliyinə heyran qalırdı, amma kim olduğunu dəqiq deyə bilmirdilər.

Lev Tolstoy. Köpəkbalığı

Gəmimiz Afrika sahillərində lövbər salmışdı. Gözəl bir gün idi, dənizdən təravətli külək əsirdi, amma axşama doğru hava dəyişdi; bürkü düşdü və Sahara səhrasının isti havası sanki qızmar sobadan üstümüzə doğru əsdi.

İbrətamiz hekayə. Xarici görünüş

Bir gün Saşanın zəngli saatı qırıldı. Saşa səhər yuxudan gec oyandı, dərsin başlamasına isə bir neçə dəqiqə qalmışdı. O, otaqda qaçan bir meteor kimi tez paltarını geyindi, çantasını bağladı və məktəbə doğru qaçdı. Təzəcə zəng çalmışdı ki, müəllimə ilə eyni vaxtda Saşka da sinfə daxil oldu. Partasının arxasına oturdu, lakin təngnəfəslikdən yerində rahat dura bilmirdi.

Boris Jitkov. Dağlarda

Üç qardaş dağlardakı yol ilə, aşağıya doğru irəliləyirdilər. 

Tülkü və hacıleylək nağılı

L.N. Tolstoy. Xilaskar itlər

Çox vaxt şəhərdə, yanğın zamanı, kiçik uşaqlar evdə qalır və qorxudan bir küncə sıxılıb səslərini çıxarmırlar. Hər tərəfi tüstü bürüdüyündən onları tapmaq çətin olur. Belə hallarda Londonda yanğınsöndürənlər xüsusi öyrədilmiş xilaskar itlərdən istifadə edirlər. Bu itlər yanğınsöndürənlərlə bir yerdə yaşayır və hər hansı bir evdə yanğın baş verdikdə, yanğınsöndürənlər uşaqları çıxarmaq üçün məhz bu itləri göndərirlər. Londonda «Bob» adlı belə itlərdən biri, on iki uşağı alovların arasından xilas etmişdir.