Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Fyodor Mixayloviç Dostoyevski

Dünya ədəbiyyatının ən böyük yazıçılarından biri Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada anadan olur. Anası Mariya Dostoyevski və altı uşağı yaz aylarını Tulada keçirirdilər. Burada Fyodor atasına xidmət edən kəndlilərlə tanış olur və onlara bağlanır. Bu təcrübə, uşağın gələcəkdəki həyatı üzərində çox dərin təsir yaradacaqdı. 

Etel Lilian Voyniç

Etel Lilian Voyniç 1864-cü il may ayının 11-də İrlandiyanın Kork qraflığının Kork şəhərində, çox məşhur ingilis riyaziyyatçı Corc Bulun ailəsində dünyaya göz açıb. Kiçik Liliana demək olar ki, atasını tanımaq belə nəsib olmayıb. Çünki bu tanınmış elm adamı qızcığazın altı aylığında vəfat edib

Teodor Amadey Hofman

Alman yazıçısı, bəstəkar və rəssam Teodor Amadey Hofman romantik ədəbiyyatın ən parlaq və ziddiyyətli nümayəndələrindən biridir. Sənət tarixində o, rəssam, bəstəkar, misilsiz satirik, gülüş usatsı, gözəl olduğu qədər əcaib, çılğın xülyalarla dolu nağıl və novellalar müəllifidir. 

Onore de Balzak

Dünya şöhrətli, məşhur fransız yazıçısı Onore de Balzak 1799-cu ilin may ayının 20-də Tur (Fransa) şəhərində dünyaya gəlmişdir. De Balzak — yazıçının əsl soyadı deyildir. Yazıçının atası Balsa Bernar Fransua kəndli ailəsində doğulmuş və sonralar Tur şəhərində bələdiyyə rəisinin köməkçisi işləyəndən – yəni, məmur olandan sonra öz soyadını plebeysayağı hesab etmiş və dəyişdirmişdir.

İlyas Əfəndiyev

Nasir, dramaturq, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Xalq Yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində dünyaya göz açmışdır. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olmuşlar.

Aşıq Ələsgər

Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişi əkin-biçinlə, dülgərliklə məşğul olmuş, uşaqları böyüdükdən sonra güzəranını yaxşılaşdırmaq üçün dəyirman işlətmişdir.