Milyonçular ailəsinin yazıçı qızı - Ümbülbanu
O, Azərbaycan Xalq Cumhuriyyətinin nazirlərindən biri Mirzə Əsədullayevin qızı, məşhur Azərbaycan milyonçuları Şəmsi Əsədullayevin və Ağa Musa Nağıyevin nəvəsidir. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir.