Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Əbu Əli ibn Sina (Avisenna)

Avropalıların Avisenna adlandırdıqları Əbu Əli ibn Sina qoca Şərqin digər  böyük alimi Biruninin  müasiri olub.  O, 980-ci ildə  Buxaranın yaxınlığında  Əfşan adlı yerdə dünyaya gəlib. Atası  dövrünün varlı və mədəni insanlarından biri olub.   

Hans Xristian Andersen

Hans Xristian Andersen dünyanın ən məşhur nağılçılarından biridir.

Çingiz Aytmatov

Qırğızıstanın Xalq Yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatov Qırğızıstanın Şəkər kəndində anadan olub. O, əvvəlcə kənd məktəbində, sonra rayon mərkəzindəki məktəbdə təhsil alıb. İkinci Dünya müharibəsi dövründə -1943-cü ilin yayında adamların çoxunun cəbhəyə getməsi nəticəsində kənddə kişilərin sayı azalanda 15 yaşlı Çingiz Şəkər Kənd Sovetinin katibi təyin edilib. Sonralar o, Cambulda zoobaytarlıq texnikumunda, habelə Qırğızıstan Kənd Təsərrüfatı İnstitutunda təhsil alıb, 1953-cü ildə oranı bitirib. 

Alman bəstəkarı Rixard Vaqner

Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqner 1813-cü il mayın 22-də Leypsiqdə anadan olub.  Operanın ən böyük islahatçısı sayılan Vaqner Avropa musiqi mədəniyyətinə, xüsusən də Alman mədəniyyətinə əhəmiyyətli təsir göstərib.   

Teatrsevənlərin «qaynanası» - Nəsibə Zeynalova

Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan, Azərbaycan teatrsevənləri arasında “qaynana” kimi sevilən Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi olan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

Kinomuzun ilk qadın aktrisası

Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.