Son əlavə olunanlar

Bu maraqlıdır!

Mühərrik nədir?

Mühərrik hər hansı bir enerji növünü –elektrik, hidravlik, kimyəvi və s. mexaniki enerjiyə çevirən mexanizmdir.     

Ay Yer kürəsinə təsir edirmi?

Yer kürəsi və Ay qarşılıqlı cazibəyə malikdir. əgər onların yaxınlığını nəzərə alsaq, cazibə qüvvələri o qədər böyükdür ki, bunu çox asanlıqla hiss etmək olar. 

Yer kürəsi necə yaranıb?

Bəzi alimlər belə fərziyyə irəli sürürlər ki, bir böyük ulduz Günəşin yanından keçərkən onunla toqquşub, Günəşin materiyasının bir hissəsi və həmin ulduz parçalanıb, onlardan planetlər, o cümlədən də Yer kürəsi yaranıb. Bir çox alimlərin irəli sürdüyü başqa fərziyyədə isə bildirirlər ki, Yer kürəsi və başqa planetlər kiçik buludlardan, tozlardan və qazlardan formalaşı

Niyə yağış yağır?

Nəfəs aldığımız hava heç vaxt quru olmur, onun tərkibində həmişə dəniz və çaylardan buxarlanmış, həmçinin heyvan və bitkilərin nəfəs alması nəticəsində əmələ gəlmiş su buxarları vardır. 

Palmira - səhrada şəhər

Qədim Palmira (Tadmor, “Palmalar şəhəri”) xarabalıqları - Suriya səhrasının ortasındakı vahədə yerləşir. “Səhranın gəlini” adlanan qədim şəhər  hazırda təbii maneələrlə şimal, qərb və cənub-qərbdən - dağlar, şərq və cənubdan isə - quru düzənliklər və Avran bölgəsinə qədər uzanan vulkanik bazalt çölləri ilə əhatə olunub. Şərqdə, Vadi səhrasından aralıda, Fars körfəzinə tökülən Fərat çayı axır.

İlk dərsliklər

Qədim Misirin ictimai quruluşu uzun müddət dəyişməmişdir. Onların elmi bilikləri də dəyişməz qaldığından, bu gün alimlər bu və ya digər kəşflərin dəqiq tarixini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Qədim misirlilərin riyazi biliklərini müəyyən edən mənbələr çox azdır. Onlardan ən məşhurlarını nəzərdən keçirək.