Son əlavə olunanlar

Bu maraqlıdır!

Suyun halının dəyişməsi

Suyu bir qaba tök və onu qapaqsız halda dondurucuya qoy. Bir neçə saatdan sonra su buz parçasına çevriləcək. 

Şüşə niyə tərləyir?

İlin soyuq fəsillərində pəncərə şüşələri hərdən öz şəffaflığını itirir: baxmayaraq ki, onlar içəri işıq buraxmaq xüsusiyyətini saxlayır, onlardan praktiki olaraq heç nə görünmür. Bu ona görə baş verir ki, atmosferdə olan su buxarları şüşənin çox soyuq səthinə  toxunduqda kiçik buxar damcıları birləşərək böyük su damcıları əmələ gətirir.

Buzu qızdırdıqda nə baş verir?

Buzu qızdırdıqda onun temperaturu mənfidən 0 C-yə qədər artır. əgər temperatur artırsa o əriyir və suya çevrilir. İsti onun vəziyyətinin dəyişməsinə səbəb olur: buz öz bərk halından maye halına keçir. Bu, ərimə prosesi adlanır. 

Ətirləri nədən hazırlayırlar?

Ətir- çox güclü iyə malik maddədir. Onlar bitki və ya heyvan mənşəli ola bilər. Ətirləri həmçinin süni şəkildə neftdən istehsal edilmiş məhsullardan alırlar. Bitki mənşəli ətirlər bitkilərin müxtəlif hissələrindən-kökündən, qabığından, yarpaqlarından.

Ərzaqları necə saxlamalı

Qida üçün biz, əsasən, təbii ərzaq məhsullarından istifadə edirik. Onların bir çoxu tez xarab olur, ona görə ki, bakteriyalar, işıq və hava onları məhv edir. 

Ulduzlar eyni rəngdə olurlarmı?

Ulduzlara baxanda bizə elə gəlir ki, onların hamısı eyni rəngdədir: ağ-maviyə çalar rəngdə. Ancaq sözsüz ki, onların temperaturundan asılı olaraq rəngləri də müxtəlifdir. Daha isti ulduzlar ağ və mavi, orta temperaturda olanlar sarı və narıncı, nisbətən az istilik verənlər isə qırmızı rəngdə olur.